Dünya 

Ermənistanda mətbuata təzyiqlər artır – Azərbaycanla sərhəd bölgələrindən yaza bilməyəcək

Ermənistan mətbuatı bundan sonra Azərbaycanla həmsərhəd Sünik vilayətinin bölgələri barədə xəbər yazmaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətindən xüsusi razılıq almalıdır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə Xidmətin yerli mətbuata ünvanladığı müraciətində deyilir.

Müraciətdə qeyd olunur ki, mətbuat nümayəndələri sərhədyanı bölgələr barədə yazmazdan əvvəl Milli Təhlükəsizlik Xidmətinə yazılı müraciət etməli olacaqlar.

Daha çox xəbərlər