Komada olan ƏSGƏRİMİZ DÜNYASINI DƏYİŞDİ – FOTO
3 ay idi komada olan Vətən müharibəsi iştirakçısı, qəhrəmanımız Şəfizadə Saleh Samir oğlu Şəhidlik zirvəsinə yüksəlib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Samir, aldığı ağır yaralar səbəbilə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında uzun müddət idi ki, müalicə alırdı. Aylardır komada olan qəhrəmanımız, bir neçə gün öncə şəhid olub.
O, Maşdağa Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Ruhun şad olsun şəhidim!


