Bərdədə kişi salonu yanaraq külə dönüb – FOTO
Bərdədə kişi salonu yanaraq külə dönüb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.
Belə ki, bərbərxanada elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yanğın baş verib. Alov qısa zamanda genişlənib.
Əraziya FHN-nin Bərdə rayon yanğınsöndürmə birqadası çağırılıb. Qısa zamanda yanğın söndürülüb. Ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da bərbərxanaya ziyan dəyib.







