Siyasət 

Njdenin Xocavənddəki abidəsi söküləcək

Erməni faşizminin banilərindən biri, hərbi cinayətkar Qaregin Njdenin Xocavənddə separatçılar tərəfindən ucaldılmış abidəsi söküləcək.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Arman Babacanyan açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan hazırda Rusiya ilə Nijdenin abidəsinin Xocavənd ərazisindən çıxarılması üçün danışıqlar aparır. O qeyd edib ki, bu məsələ Ermənistan Xarici İşlər Nazirliyinin bu gün öz xalqının mənafeyi naminə müstəqil xarici siyasət apara bilmədiyini göstərir, buna görə də bu məsələ parlamentdə müzakirə olunacaq.

Daha çox xəbərlər