Dünya 

Gürcüstanda son sutkada 507 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 507 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 264 665, ölənlərin sayı isə 3 336 nəfərə çatıb.

Virusa yoluxanlardan 256 684 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər