DİQQƏT!: Telegramda boşluq aşkarlandı
Təhlükəsizlik tədqiqatçıları Telegram tətbiqində şəxsi mesajların şifrəsini açan boşluq aşkarlayıblar.
ARANTV.AZ xarici mediaya istinadən bildirir ki, boşluq nəticəsində göndərilən media sənədləri söhbət pəncərəsindən silinsə də, cihazın saxlama sahələrində qalır. Silinən mesaj nüsxələri və media sənədlərinin saxlandığı bu qovluğu müxtəlif proqramlarla aşkarlamaq mümkündür.
Mütəxəssislər bu boşluğun macOS istifadəçilərinə təsir etdiyini bildirirlər.

