Sosial 

Narkotik vasitələrə yox de!

Bildiyiniz kimi müasir dünyanı  narahat  edən  əsas problemlərdən biri də narkomaniyadır. Bu bəlaya düçar olan şəxslərin həyatları əksər hallarda faciə ilə  sonlanır. Bu  səbəbdən hər bir ölkə narkomaniyanın qarşısının alınması üçün çox ciddi profilaktik tədbirlər görməli, lazımi izahat işi aparmalı, narkomaniyanın cəmiyyət üçün nə qədər  təhlükəli  olduğunu nümayiş etdirməlidir.

ARANTV.AZ  xəbər verir ki, sadalanan amillər nəzərə alınaraq Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti narkotik vasitələrin insanların  həyat və sağlamlığına vurduğu zərərdən bəhs edən növbəti sosial çarx hazırlayıb.

Təqdim edilən maarifləndirici materialın cəmiyyətin müxtəlif təbəqələri arasında yayılmasına köməklik göstərdiyiniz üçün əvvəlcədən təşəkkür edirik.

Daha çox xəbərlər