Bu ilin 11 ayında ölkəmizə 2 milyon 500 min turist gəlib
ARANTV.AZ xəbər verir ki, bu ilin 11 ayında Azərbaycana 2 milyon 500 min turist gəlib. Ölkəmizə səfər edənəcnəbilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 151 min nəfər, yəni 6 faiz artıb. Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı bu il Azərbaycana gələnəcnəbilərin ümumi sayının 65 faizini təşkil edib. Ənənəvi olaraq, Pakistan, Hindistan vəTürkmənistan, BƏƏ, Səudiyyə Ərəbistanı əsas bazarlar olaraq qalıb. 2017-ci ildə isə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı İran olub.

