Dünya 

Gürcüstanda koronavirusa 740 yeni yoluxma

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 740 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 266 462, ölənlərin sayı isə 3 377 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 259 228 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər