Sosial 

Azərbaycanda iki uşaq anası kontur almaq adıyla evdən çıxıb QAÇDI – FOTO

Azərbaycanda kontur almağa gedən 31 yaşlı qadın qaçırılıb.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, bunu “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişində Ramilə Əliyeva adlı qadının anası bildirib.

Anasının sözlrinə görə, Ramilə 3 ay öncə qızı ilə birlikdə marketə gedib:

“Marketdən evə qayıdan zaman yolda qızına deyib: “Sən evə get, mən kontur alıb gəlirəm”. Arxalarınca sarı avtomobil gəlib. Nəvəm deyir ki, avtomobilin içində iki kişi olub. Biri saqqallı, digəri isə cavan. Qızım avtomobilə minəndən sonra ona zəng çatmayıb. Yəqin ki, o avtomobil bir neçə dəfə qızımın yaşadığı yerə gəlib deyə, Ramilənin evini rahat tapıb. Ramilə marketə gedəndə şəxsiyyət vəsiqəsi üzərində olub. Qızımın 8 və 9 yaşında 2 uşağı var. Ramilə həyat yoldaşı ilə boşananda uşaqlar körpə idi. Uşaqları ilə münasibəti normal idi. Bildiyim qədər, sevdiyi də yox idi. Telefon işlədirdi”.

Azərbaycanda iki uşaq anası kontur almaq adıyla evdən çıxıb QAÇDI - FOTO

Daha çox xəbərlər