Dünya 

Rusiyada daha 459 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxanların sayı 4,09 milyonu keçib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 13 233 nəfər virusa yoluxub, 459 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 099 323 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 80 979 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 624 663 şəxs virusdan sağalıb, 393 681 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər