Hadisə 

Ağstafada piyadanı avtomobil vurub

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Firuzə Sanıyeva yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər