Ölkədə siqaret istehsalının həcmi artıb – FOTO
2021-ci ilin yanvar ayı ərzində ölkə ərazisində 44,3 milyon manat dəyərindən tütün məmulatları istehsal edilib.
ARANTV.AZ-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə tütün məmulatlarının istehsalı 2,9 dəfə artıb.
Müvafiq dövr ərzində 4,6 ton fermentləşdirilmiş tütün, 1 milyard 624,5 min ədəd papiros və siqaretlər istehsal edilib.

