Gündəm 

Ölkədə baş verən qəzalarda ən çox zərər çəkən avtomobillərin sayı açıqlandı – SİYAHI

Sığorta hadisələrində ən çox zərər çəkən avtomobil markalarının siyahısı açıqlanıb.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində məlumat verib.

ASA-nın bülletenində ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər dəymiş avtomobil markaları və onların sayı açıqlanıb.

“İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər çəkən avtomobil markaları siyahısına 2 187 dəfə qəzaya uğramaqla “Mercedes-Benz” markalı avtomobillər başçılıq edir. Siyahıda ikinci yerdə 1 604 dəfə qəza ilə “LADA”, 3-cü yerdə isə 860 dəfə zərərçəkmə ilə “Hyundai” markalı avtomobillər qərarlaşıb.

2020-ci ildə ən çox zərər çəkən avtomobil markaları aşağıdakı kimi təsnif olunub:

“Toyota” – 860 dəfə zərərçəkmə

“Opel” – 609 dəfə zərərçəkmə

KIA – 474 dəfə zərərçəkmə

“Nissan” – 383 dəfə zərərçəkmə

BMW – 313 dəfə zərərçəkmə

“Ford” – 248 dəfə zərərçəkmə

“Chevrolet” – 257 dəfə zərərçəkmə

Daha çox xəbərlər