Sosial 

Astaranın Zəfər parkı

Vətən müharibəsində Qarabağımızın azadlığı  uğrunda öz canını qurban verən qəhrəman Azərbaycan oğullarınin   sırasında 41 astaralı gənc də vardı.  Bütün rayon camaatı  indi  bu, igidlərlə fəxr edir, onların şərəfini uca tuturlar.  Hazırda şəhərin  Heydər Əliyev prospektində   şəhidlərin  xatirəsinə  Zəfər parkı  tikilir. Ərazisi 1400 kvadratmetr  olan parkın  inşaat işlərini “Elnur-2 ULKS”  şirkətinin işçiləri aparırlar.  Artıq parkda abidənin tikintisi başa çatıb, ərazi  hasara alınıb,  hörgü işləri  görülübdür.  Suvaq  isə yüksək zövqlə tamamlanmaq  üzrədir.   Bundan sonra  üzlük və  tamet  daşlarının  düzülməsinə  başlanar.   Həm də  xalqımıza  şanlı  zəfər sevinci bəxş edən qalib  Azərbaycan  əsgərinin abidəsi ucalan ərazidə  yaşılıq salınar,  müxtəlif növ bəzək və gül  kolları əkilər.

Soyuq qış günləri olsa da, Zəfər parkinda görülən işlər sənginmir. İnşaatçılar verilən tapşırıqları yüksək keyfiyyətlə yerinə yetirir,  aprel ayında parkın  tikintisini başa çatdırmağa çalışırlar.

 Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

Daha çox xəbərlər