Dünya 

İranda 8 min nəfər koronavirusa yoluxub, 80 nəfər ölüb

İranda ötən sutka ərzində 80 nəfər koronavirusdan (COVID 19) ölüb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 264 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində İranda 8 066 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 550 142 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 679 nəfərin vəziyyəti ağırdır.

Ölkədə indiyədək 1 324 231 nəfər koronavirusdan sağalıb, 10,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 9 rayon qırmızı, 39 rayon narıncı, 228 rayon sarı, 172 rayon isə mavi zona hesab olunur.

Daha çox xəbərlər