Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Vaksinasiyadan sonra da karantin qaydalarına əməl etməliyik

By Vüsal Rafiqoğlu
19.02.2021 3 Min Read

Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndləmə prosesi mərhələli şəkildə davam edir.

İlk olaraq əhalinin risk qrupu – səhiyyə işçiləri, polislər, yaşı 65-dən yuxarı insanların vaksinasiyası aparılıb. Peyvəndləmə strategiyasına əsasən fevral ayının 17-dən etibarən yaşları 50-64 arası olan şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlanıb. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıblar. Məlumatda, həmçinin o da bildirilir ki, əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkətlər tərəfindən yalnız peyvəndin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı tətbiq edilən vaksinlərin keyfiyyəti ilə bağlı bildirib ki, ümumiyyətlə, vaksinlər əvvəlcə laboratoriyada sınaqdan keçirilir: “Sonra kiçik, daha sonra böyük qruplar üzərində sınaq aparılır. Hazırda vaksinasiyanın tətbiqi dördüncü fazadadır. Çünki böyük əhali qrupuna vurulur. “Sinovac” şirkətinin son açıqladığı məlumata görə, onların məhsulunun təsirlilik dərəcəsi 50 faizdən çoxdur. ÜST təsirlilik dərəcəsi 50 faizdən yuxarı olan vaksinləri qənaətbəxş kimi qiymətləndirir. Mühüm olan vaksinasiyanın yoluxmaya nə dərəcədə təsir etməsidir. Azərbaycanda da bu təsiri qısa müddətdə görəcəyik.”

Qeyd edək ki, Azərbaycan peyvənd strategiyasını birincilər sırasında hazırlayan ölkələrdəndir. Elə bunun nəticəsi olaraq Azərbaycan istehsalçı şirkətlər, inkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr sayəsində peyvəndi əldə edən ilk ölkələr sırasında oldu. Mütəxəssislər bildirirlər ki, peyvənd seçimində ən əsas məsələ onun effektivliyi və təhlükəsizliyidir. Həm də peyvənd proqramı yalnız onun vurulmasından ibarət deyil. Peyvəndin gətirilməsi, onun düzgün idarə olunması, çatdırılması, saxlanılması və tətbiqi çox vacib və əhəmiyyətli məsələlərdir. Yeni növ koronavirusa qarşı ölkəmizdə tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” vaksini həm səmərəsinə, həm də təhlükəsizliyinə görə digər peyvəndlərdən daha üstündür. Təsadüfi deyildir ki, həmin peyvənd ilkin olaraq təsdiqlənərək qeydə alınıb. Milli peyvənd təqvimində yer alan və uşaqlarda infeksion xəstəliklərin qarşısını almaq üçün tətbiq olunan 11 peyvəndin hamısı inaktivdir. Yəni orqanizm onların vurulmasını normal qəbul edir. Çin istehsalı olan “CoronaVac” vaksini Braziliya, İndoneziya və Türkiyədə sınaqlardan keçirilib və həmin ölkələr də bu peyvənddən istifadə edirlər.

Mütəxəssislər bildirirlər ki, peyvənd edilənlərin çox kiçik bir faizində anticisimlərin əmələ gəlməməsi mümkündür. Lakin peyvənd olunan hər kəs bilməlidir ki, onun orqanizmində mütləq şəkildə anticisimlər əmələ gəlir və ən pis halda infeksiyaya yoluxma baş verdiyi halda, xəstəliyi çox yüngül formada keçirəcək. Bu, digər vaksinlərin tətbiqindən qazanılan təcrübədir. Əslində, heç bir peyvənddə 100 faiz effektivlik yoxdur. Müəyyən qisim əhalidə anticisimlərin əmələ gəlməməsi mümkündür, lakin bu heç də o demək deyil ki, peyvənd edilmək onları sığortalamır və ya onlarda xəstəliyə qarşı heç bir immunitet yoxdur. Peyvənd edilmək yoluxduğu təqdirdə hər kəsin xəstəliyi yüngül keçirməsi deməkdir.

Peyvəndləmədən sonra da pandemiya dövründəki gigiyenik qaydalar eyni şəkildə davam etdirilməlidir. Hətta peyvəndin ilk dozası vurulduqdan sonra daha çox məsuliyyətli olmaq tələb olunur. Çünki birinci doza vurulandan sonra virus infeksiyasına qarşı həssaslıq davam edir, 28 gündən – ikinci doza vurulandan sonra da həmin “üç qızıl qayda” gözlənilməlidir. Gigiyenik qaydalara əməl olunması təkcə COVID-19-a qarşı deyil, digər viruslara qarşı da zəruri qorunma və özünümüdafiə tədbiridir. Lakin maska taxılması və sosial məsafənin gözlənilməsinə immunitetin yüksək olduğu halda da mütləq əməl edilməlidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb

Next

Sumqayıt hadisələri Azərbaycan deyil, sovet rəhbərliyi tərəfindən təşkil olunmuşdu – Paruyr Ayrikyanın etirafı

Xəbər lenti

  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv