Əfqanıstanda 2 partlayış: ölənlər və yaralananlar var
Əfqanıstanın paytaxtı Kabildə iki partlayış baş verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin “1TV” telekanalı polisə istinadən bildirib.
Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Məlumata əsasən, şəhərin iki bölgəsində minalanmış avtomobillər partlayıb.

