Dünya 

Kanada ABŞ ilə sərhəd bağlanmasını martın 21-nə qədər uzadacaq

Kanada və ABŞ pandemiya səbəbindən sərhədləri ən azı martına 21-nə qədər açmamağa razılaşıblar.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə Kanadanın ictimai təhlükəsizlik və fövqəladə hallarana hazırlığın təşkili üzrə naziri Uilyam Bler bildirib.

Nazir qeyd edib ki, ABŞ-a məcburi olmayan səyahət məhdudiyyətləri 21 mart 2021-ci ilə qədər uzadılıb.

U.Bler bunun davam edən pandemiya səbəbindən iki ölkə sakinlərinin təhlükəsizliyi üçün lazım olduğunu bildirib.

Daha çox xəbərlər