Hadisə 

Bakı sakinini dəniz kənarında avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Bilgəh qəsəbəsində Xəzər dənizinin sahilində qeydə alınıb.

2002-ci il təvəllüdlü Yusifzadə Cəlal Elman oğlu dəniz kənarında gəzərkən onu minik avtomobili vurub.

C.Yusifzadə xəstəxanaya yerləşdirilib. O, döş qəfəsinin və çanağının sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Daha çox xəbərlər