İranın Səravan şəhərində əhali etiraza qalxdı – VİDEO
İranın Səravan şəhərinin sakinləri dəhşətli yoxsulluğa görə hökumət əleyhinə etirazlara başlayıblar.
Bu barədə siyasətçi Reza Pəhləvi “Twitter”də yazıb.
Onun sözlərinə görə, etirazçılar şəhərin küçələrinə axışıblar.
NUFDI-nin siyasət direktoru Kameron Hansarinia etiraz aksiyalarının əhalinin ağır yoxsulluğundan qaynaqlandığını yazır (NUFDI İrandakı azadlıq hərəkatı barədə məlumatlar yayan İran əsilli amerikalıların tərəfsiz qeyri-kommersiya təşkilatıdır).
“Dəhşətli yoxsulluq, vəhşicəsinə repressiya və ləyaqətlərinin alçaldılması ilə qarşılaşan Sərəvan şəhərində yaşayan iranlılar dövlət idarələrinə hucum ediblər, səlahiyyətlilər interneti bağlayıblar”, – deyə Hansarinia “Twitter” hesabında qeyd edib.

