Sosial 

Ötən gün 16 nəfər xilas edilib – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatlarının statistikasını yayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 16 nəfər xilas edilib.

Daha çox xəbərlər