Xoşbəxt ailəyə sahib olmaq istəyirsinizsə…
ARANTV.AZ Rusiya mətbuatına istinadən bildirir ki,xoşbəxt ailəyə sahib olmaq istəyirsinizsə bu prinsiplərə əməl etməlisiniz:
Davamlı ünsiyyətdə olun
Təbii ki, həyat yoldaşınız heç də hər zaman sizin ürəyinizdən keçənləri müəyyən edə bilməz. Probleminizi, duyğularınızı, istəklərinizi dilə gətirməklə, normal ünsiyyətdə olmaqla xoşbəxt evliliyə doğru ilk addımı atmış olarsınız.
Həyat yoldaşınızı tərifləyin
Onunla evləndiyiniz üçün xoşbəxt olduğunuzu deyin. Qarşınıza çıxdığı üçün özünüzü şanslı saydığınızı etiraf edin. Ona necə gözəl ürəyə sahib olması haqda danışın.Psixoloqların dediklərinə görə, bu kimi ifadələr münasibətlərinizə müsbət təsir edəcək. Hətta buna qədər sizə deməkdən utandığı xoş sözləri deməsi də adiləşəcək.
Birlikdə iş görün
Xoşbəxt evliliyin açarlarından biri cütlüklərin birgə zaman keçirməkləri. Əgər müxtəlif səbəblərdən buna vaxt tapmırsınızsa, həmin boşluğu hər hansı bir iş görərkən doldura bilərsiniz. Məsələn, əgər həyat yoldaşınız şam yeməyindən sonra qabları yumaq üçün mətbəxə keçdisə, yemək yediyiniz qabları mətbəxə aparmaqla ona dəstək ola bilərsiniz.
Cəsarətli olun
Əgər həyat yoldaşınızın səhvi varsa, ilk fürsətdə onu bağışlayın. Yox, əgər səhv sizindirsə, ondan üzr istəyin. Unutmayın ki, səhvini anlamaq və buna görə üzrxahlıq etmək insanın böyüklüyünü ortaya qoyur. Ən əsası da sizin bu cəsarətiniz qarşı tərəfin sizə daha çox güvənməsini şərtləndirəcək.
Kənardakı problemləri evinizə gətirməyin
Sizin münasibətlərə dəxli olmayan mövzuları evinizin qapısından içəri buraxmayın.
Qısqanc olmayın
Çalışın yoldaşınızla olan münasibətlərinizdə qısqanclığı yaxın buraxmayasınız . Əks halda xoşbəxt ailənin bütün sirlərini tapsanız belə, qısqanclıq həmin səadətə kölgə salacaq.

