Hadisə Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var By Vüsal Rafiqoğlu 27.02.2021 1 Min Read Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.“Report”