Xaricdə Azərbaycanın bu qeyri-neft məhsullarına tələbat daha çoxdur
2021-ci ilin yanvar ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri açıqlanıb.
ARANTV.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında “Azexport.az” portalına 53,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
2021-ci ilin yanvar ayında portala ən çox ixrac sifarişi fındıq, toyuq əti, pambıq yağı, toyuq yumurtası, pambıq mahlıcı, biyan kökü, nar şirəsi və toxumu, kərə yağı, sarımsaq, şərab, çay, boya, kosmetik vasitə, xurma, diaqnostika cihazı və s. mallar üzrə daxil olub. 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 yanvar tarixinə kimi (49 ay ərzində) Azexport.az portalına dünyanın 143 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 250 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,1 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin fevral ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 502,2 milyon ABŞ dolları təşkil edib.

