Zərdabda 56 yaşlı qısqanc ər arvadını boğub öldürdü
Zərdabda kişi arvadını qətlə yetirib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.

