Dünya 

Rusiyada yanğın: 3 nəfər öldü

Rusiyanın Volqoqrad vilayətində ölümlə nəticələnən yanğın baş verib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından bildirilib ki, bu gün səhər Solonka kəndində fərdi evdə baş vermiş yanğında 3 nəfər ölüb.

Meyitlər yanğın söndürüldükdən sonra aparılan təmizlik işləri zamanı aşkarlanıb.

Yanğının səbəbləri araşdırılır.

Daha çox xəbərlər