Bakıda ikimərtəbəli bina yandı, dörd nəfər xilas edildi

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansard tipli evin zirzəmisində bir ədəd kondisioner, bir ədəd televizor və üç ədəd xalça yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və iki ədəd elektrik sobası əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən dörd nəfər xilas olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.