Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Bəzi məktəb direktorları təhsil sahəsində islahatlara xələl gətirir- ŞƏRH

By Vüsal Rafiqoğlu
02.03.2021 3 Min Read

Kamran Əsədov: “O vəzifədə daimi işləməyəcəyini bilən əvəzedici direktor vəzifəsini yüksək səviyyədə yerinə yetirmir. Hüquqi baxımdan da, əvəzedici direktorun uzun müddət o vəzifəni tutması düzgün deyil

“Təhsil Nazirliyinin təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün keçirdiyi müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Yol verdikləri nöqsanlara görə direktor (direktor müavini) vəzifəsindən azad olunmuş, məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər. Xatırladım ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada, bir neçə mərhələdən ibarət müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Bundan başqa əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər. ”

Bu fikirləri “İki sahil”ə açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib.

Ekspert qeyd edib ki, müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Bu mərhələdən uğurla keçənlər növbəti mərhələyə buraxılır. Müsabiqənin ən ciddi və çətin mərhələsi test imtahanı mərhələsidir. Bu imtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Bundan başqa onların dünyagörüşünü, kurikulum biliklərin yoxlayan, İKT bacarıqlarını müəyyən edən test tapşırıqları təqdim olunur. Nəticə imtahanın sonunda namizədlərə bildirilir. İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir. Tələb olunun balı keçmiş idiaçı müdavimlər növbəri mərhələyə buraxılır.

Kamran Əsədov vurğulayıb ki, test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda Nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədə göstərdiyi məlumatlarla təsdiqedici sənədlər arasında uyğunsuzluq aşkar edildiyi halda, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir. Test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Həmsöhbətimizin sözlərinə görə, Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi qaydaları 4 ildir ki, yeni formatda həyata keçirilir. Tətbiq edilən yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçirilir. 4 mərhələdən ibarət olan müsabiqəni uğurla keçənlər sonda bu vəzifəyə təyin olunurlar.

Kamran Əsədov bildirib ki, bütün bunlara baxmayaraq hələ də istər Bakıda, istərsə də regionlarda bütün mərhələləri keçib ehtiyatda qalan, təyin olunmayan kifayət qədər namizəd var. Bu o deməkdir ki, hazırda yüzlərlə məktəb əvəzedici şəxslər tərəfindən idarə olunur ki, bu da birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Belə ki, o vəzifədə daimi işləməyəcəyini bilən əvəzedici direktor vəzifəsini tam şəkildə və yüksək səviyyədə yerinə yetirmir. Hüquqi baxımdan da, əvəzedici direktorun uzun müddət o vəzifəni tutması düzgün deyil. Qanunvericiliyin tələblərinə görə əvəzedici qaydada bu vəzifələr yalnız 6 aya qədər tutula bilər. Xüsusi ilə qeyd edim ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın parlaq gələcəyinə hesablanıb. Amma öz maraqlarını dövlət maraqlarından üstün tutan bəzi məktəb direktorları, direktor müavinləri, təhsili idarə etmə orqanlarıdna çalışanlar islahatlara xələl gətirir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mağazalara qənim kəsilən dəstədən “beşbarmaq” aşkarlandı – FOTO

Next

“Formula-1” üçün media akkreditasiyası başlandı

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv