Sosial 

“Formula-1” üçün media akkreditasiyası başlandı

Bu gündən etibarən Bakıda keçiriləcək “Formula-1” yarışı üçün media akkreditasiyası başlayıb.

ARANTV.AZ-ın xəbərinə görə, media nümayəndələri üçün akkreditasiya prosesi 20 martadək davam edəcək.

Qeydiyyat onlayn formada Bakı Şəhər Halqasının rəsmi internet səhifəsi vasitəsilə keçiriləcək.

Qeyd edək ki, bu il 5-7 iyun tarixlərində Bakıda “Formula-1” yarışının keçirilməsi nəzərdə tutulub.

Daha çox xəbərlər