İSLAM 

Ehsan, sədəqə, xüms kimi pulu və ya əmlakı xristian şəxsə vermək olarmı?

Ehsan, sədəqə, xüms kimi pulu və ya əmlakı xristian şəxsə vermək olarmı?

Ciddi ehtiyacı olan hər bir şəxsə yardım göstərmək, ehtiyacını aradan qaldırmaq müsəlmanın dini vəzifəsidir. Ac, çılpaq, xəstə adama müsəlman ya qeyri-müsəlman olmasına baxmayaraq, mütləq yardım göstərmək lazımdır. Bu mənada sədəqəni qeyri-müsəlmana da vermək olar. Ehsan qəbilindən olan yardım və yaxşılıqlar, əgər İslam dininə qarşı rəğbət yaranmasına səbəb olacaqsa, qeyri-xristiana ünvanlana bilər. Əlbəttə, bu zaman ehtiyaclı müsəlmanlar yaddan çıxmamalıdır. Xüms isə şəriətdə nəzərdə tutulmuş və dəqiq şərtləri olan dini vergi növü olaraq, yalnız şəriətdə deyilən ünvanlara çatdırılmalıdır. Xüms qəbilindən olan pulu və ya əmlakı qeyri-müsəlmana vermək olmaz. Qeyri-müsəlmanlar üçün sədəqə, ehsan və zəkatın bir hissəsi (müəlləfəti qülubəhum qismində) nəzərdə tutulmuşdur.

Daha çox xəbərlər