Gündəm 

Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb

Son üç il ərzində gömrük əməkdaşları tərəfindən 4.6 ton narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aşkar edilib.

ARANTV.AZ  xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

O bildirib ki, DGK əməkdaşlarının bu sahədə peşəkarlığı artıb:

“Belə ki, 2008-2017-ci illər (10 il) ərzində 3,05 ton narkotik vasitə, psixotrop maddələr və onların prekursorları aşkarlansa da, 2018-2020-ci illər ərzində isə bu rəqəm 4,6 ton olub”.

Daha çox xəbərlər