Siyasət 

Rusiya həmin raketləri Ermənistandan geri ala bilər

Mətbuat konfransı Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından çox əhəmiyyətli oldu

 

“Dövlət başçısının məhz 26 fevral, Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi və mətbuat konfransı zamanı yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirməsi, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltməsi birmənalı olaraq informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirmişdir. Prezidentin 44 günlük Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələri üçün verdiyi müsahibələr informasiya müharibəsini xeyrimizə dəyişmək baxımından nə qədər əhəmiyyətli idisə, indiki mətbuat konfransı da Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından bir o qədər əhəmiyyətli oldu. Heç şübhəsiz ki, dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını 4 saat ərzində 4 dildə cavablandırmaq böyük istedad, siyasi məharət, dərin məntiq və təmkin tələb edir. Mətbuat konfransında səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan bu gün dünya miqyasında nüfuzlu ölkə kimi bölgədə sabitliyin və inkişafın təmin olunması baxımından çox önəmli rola və bu inkişafı təmin edəcək liderə malikdir. “

Bu fikirləri “İki sahil”ə politoloq Yusif Bağırzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərkən deyib.

Status məsələsi müzakirə predmeti belə, deyil

Yusif Bağırzadə qeyd edib ki, mətbuat konfransında çoxlu sayda vacib məqamlara toxunuldu ki, bunlardan bəzilərinin üzərində xüsusi olaraq dayanmağa ehtiyac var: “Bunlardan ən önəmlisi təbii olaraq Qarabağın statusu ilə bağlı verilən suala cavab idi. Prezident qəti şəkildə bəyan etdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, münaqişə artıq bitib və hər hansı bir status məsələsi müzakirə predmeti belə, ola bilməz. Bu cavab həm Ermənistan rəhbərliyi, həm də onlara havadarlıq edən ayrı-ayrı dövlət və siyasi dairələr üçün açıq-aydın şəkildə verilmiş mesaj idi. Bu mesajdan ən çox pay isə heç şübhəsiz ki, Minsk qrupu həmsədrlərinin üzərinə düşür.”

Revanşist qüvvələrə xəbərdarlıq

Həmsöhbətimiz bildirib ki, Prezidentin üzərində dayandığı digər vacib məsələ Ermənistandakı revanşist qüvvələrlə bağlı idi. Dövlət başçısının həmin qüvvələrə xəbərdarlığı Xankəndində sülhməramlıların arxasında gizlənmiş xunta rejiminin son günlər səsləndirdiyi bəyanatlara ən tutarlı cavab idi. Dövlət başçısı bildirdi ki, bu gün Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrək əldə edilmiş razılaşmaların üstündən xətt çəkmək istəyirlər. Ermənistanın hazırki siyasi vəziyyəti Azərbaycanın 1990-ci illərin əvvəlindəki vəziyyətini xatırladır. Ermənistan hazırda xaos içindədir, üstəlik vətəndaş müharibəsinin astanasındadır və hər kəs bir-birinə düşmən kimi yanaşır, bir-birilərini xəyanətdə ittiham edirlər və s. Dövlət başçısı bildirdi ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Prezidentin bu xəbərdarlığı o anlama gəlir ki, ay Ermənistan və onların havadarları başa düşün ki, sizin başqa seçiminiz yoxdur. Azərbaycan yeni reallıqlar yaradıb və sizlər də bu reallıqlarla barışmalı və hesablaşmalısınız.

Ermənilərin minalanmış ərazilərin xəritəsini verməməsi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı

Politoloq vurğulayıb ki, dövət başçısı istər mülki əhali, istərsə də hərbi quluqçuların bu məsələdən əziyyət çəkməsi və baş verən ölüm faktları haqqında fikirlərini birlirərək Ermənistana dəfələrlə müraciət edilməsinə baxmayaraq hər hansı bir müsbət nəticə əldə edilmədiyi və bununla da onlar tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırılmış oldu. Beynəlxalq hüquq normalarına görə, Ermənistan o xəritəni Azərbaycana təcili şəkildə verməlidir. Bu, dünyada qəbul olunmuş normadır və beynəlxalq konvensiyalarda da öz əksini tapıb. Amma Ermənistan indi və torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın vaxtda heç bir beynəlxalq hüquq normasına əməl etməyib. Sanki belə bir təsəvvür yaranır ki, beynəlxalq hüquq normaları Ermənistana aid deyil. Çox təəssüflər olsun ki, ayrı-ayrı beynəlxalq təşkilatlar da, dövlətlər də buna göz yumurlar. Açıq görünür ki, bu təşkilatlar tərəfindən Ermənistana fərqli yanaşma var. Düşünürəm ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında Ermənistanın minalanmış ərazilərimizin xəritəsini verməməsi məsələsini qaldırmalı və bu qurumları davamlı olaraq Ermənistana təzyiq göstərməyə çağırmalıdır.

Ermənistanı silah-sursatla təmin edən ölkələrə mesaj

Ekspert əlavə edib ki, Prezident açıq mətnlə istər keçən 30 ilə yaxın müddətdə, istər müharibənin gedişində, istərsə də indi, müharibədən sonra Ermənsitan silahlandıran dövlətlərə münasibətini ortaya qoydu. Prezidentin “İsgəndər” raketləri ilə bağlı mövqeyi olduqca maraqlı idi. “Ermənistana “İsgəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu bizi heç nədən çəkindirməyəcək. Müharibə dövründə də Rusiya tərəfinə “İsgəndər” raketlərini geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir”.

Prezidentin bu mövqeyi olduqca təqdirəlayiqdir. Belə ki, Ermənistan Moskvanın keçmiş sovet məkanında “İsgəndər” raket sistemini satdığı ilk ölkə olub. Rusiya tərəfindən Ermənistana 4 “İsgəndər” kompleksi verilib. Həmin komplekslər çox bahalıdır və təbii ki, Rusiya həmin silahları ya havayı, ya da uzun müddətli kredit əsasında verib. Bu isə o anlama gəlir ki, hər iki halda Rusiya onun silah sənayesinin reytinqinə vurulan böyük anti-piarı əsas götürüb həmin raketləri geri ala bilər.

Daha çox xəbərlər