Sosial 

Azərbaycanda neçə nəfər peyvənd olunub? – RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, martın 4-ü ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26 601 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 363 183 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Daha çox xəbərlər