Bugünkü qurultayda 6 partiyanın YAP-a qoşulması gözlənilir
Yeni Azərbaycan Partiyasının bu gün keçirilən Qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması gözlənilir:
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu partiyalar aşağıdakılardır:
1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədr Rafiq Turabxan)
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədr Məmməd Məmmədov)
3. Milli Qurtuluş Partiyası (1993, sədr Vüqar Oruc)
4. Azərbaycan Yurddaş Partiyası (1993, sədr Gülarə Səfərova)
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994, sədr Samir Səfərov)
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994, Qasım Qasımov)

