Dünya Rusiyada ekoloji fəlakət: Qəzada 10 neft çəni relsdən aşıb dağıldı – VİDEO By Vüsal Rafiqoğlu 06.03.2021 1 Min Read Rusiyanın Xabarovsk diyarında, Uzaq Şərq Dəmiryollarında 18 neft çəni relslərdən çıxıb. Bu barədə “RİA Novosti” məlumat verib. 10 sistern aşıb, yanacaq sızması baş verib. Bildirilir ki, hər çəndə 61-67 ton neft var. Hadisə nəticəsində zərərçəkənin olmadığı vurğulanıb.