Siyasət 

Deputat qiymət artımını tənqid etdi

Milli Məclisin iclasında deputat Əli Məsimli Azərbaycanda qiymət artımından danışıb.

ARANTV.AZ-ın məlumatına əsasən, Ə.Məsimli bildirib ki, monopolistlər müxtəlif bəhanələrlə qiymətləri hər gün artırırlar.

“İndi Novruz bayramı ərəfəsidir. Monopolistlər isə istəyir ki, qiymətləri bayrama görə bir az da qaldırsınlar”, – deyə Ə.Məsimli əlavə edib.

O qeyd edib ki, Azərbaycanda monopoliyaya son qoyulmalıdır və iqtisadi azadlıqlar genişləndirilməlidir.

Daha çox xəbərlər