Bələdiyyələrlə bağlı illik məruzə təsdiq edildi
Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hesabatı ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

