Sosial 

Yer təkindən istifadə ilə bağlı yeni qaydalar hazırlanıb

Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsinin yeni qayda layihəsi hazırlanıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, layihə artıq müvafiq orqanlarla razılaşdırma mərhələsindən keçib: “Yəqin ki, qısa zaman ərzində razılaşdırılmış layihə təsdiqlənmək üçün hökumətə təqim olunacaq”.

Daha çox xəbərlər