Hadisə 

Ötən gün dörd nəfər xilas edilib, bir nəfərin meyiti tapılıb – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış dörd nəfər xilas edilib, bir nəfərin intihara cəhdinin qarşısı alınıb, bir nəfər yanıq xəsarəti alıb, bir nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Daha çox xəbərlər