Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Əlaqələndirmə Qərargahının Ekoloji məsələlər üzrə iclası keçirilib

By Vüsal Rafiqoğlu
11.03.2021 2 Min Read

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, azad edilmiş torpaqlarda ekoloji məsələlərin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Ekoloji məsələlər üzrə İşçi Qrup işğaldan azad olunan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulan zərərin ilkin qiymətləndirilməsi, bioloji müxtəlifliyin bərpası, su ehtiyatlarının idarə edilməsi, ətraf mühitin monitorinqinin aparılması, hidrometeoroloji şəbəkənin bərpası, mövcud mineral xammal resurslarının monitorinqi və ehtiyatlarının yenidən qiymətləndirilməsi, müvafiq tematik və topoqrafik xəritələrin hazırlanması, faktiki əkin altında olan ərazilərin müəyyənləşdirilməsi, deqradasiya olunmuş torpaqların bərpası, kənd təsərrüfatı sahələri üçün müvafiq resursların planlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə ərzaq və qida təhlükəsizliyi məsələlərinin təmin edilməsi üzərində işləyir.

Aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Belə ki, ekoloji vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad edilmiş rayonlarda kompleks monitorinqlər aparılır və transsərhəd çaylara nəzarət edilir.

Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda qiymətləndirmə və bərpa işlərinin planlaşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə ərazidə monitorinqlər aparılır.

İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji vəziyyətin öyrənilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə plan-proqram hazırlanmış və sahəvi plana əlavə olunmuşdur.

Kəlbəcər rayonu ərazisində mövcud olan termal-mineral su yataqlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hidrokimyəvi monitorinq işləri aparılmış və monitorinq nəticələri işğaldan əvvəlki dövrün məlumatları nəzərə alınmaqla təhlil olunmuşdur.

Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında filiz və qeyri-filiz, inşaat materialları yataqlarında geoloji-axtarış və qiymətləndirmə işləri, Kəlbəcər və Şuşa rayonlarında yeraltı şirin su və termal-mineral suların monitorinq və qiymətləndirmə işləri üzrə layihələr hazırlanmış və hazırda sahə işləri planlaşdırılır.

Qarabağ iqtisadi rayonu üzrə 13 filiz yatağının fond məlumatları əsasında xəritələri hazırlanmışdır.

İşğaldan azad olunmuş rayonların topoqrafik xəritələrin hazırlanması işləri davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri potensialının ölçülməsi məqəsdilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarında potensial günəş enerjisi ərazilərinə baxış keçirilmiş və Zəngilan rayonunda ölçmə-müşahidə stansiyası quraşdırılmışdır.

Hidroenerji potensialından səmərəli istifadə ilə bağlı İşçi Qrupun aidiyyəti qurumları tərəfindən müvafiq işlər aparılır.

Regionda balıqçılığın inkişaf etdirilməsi məqsədilə balıqçılıq təsərrüfatlarının yaradılması üçün münasib ərazilərin müəyyən edilməsi, həmçinin mövcud olmuş və dağıdılmış təsərrüfatların bərpası üçün işlər aparılır.

Sahəvi Tədbirlər Planına uygun olaraq işğaldan azad edilmiş ərazilərdə hərbi əməliyyatlar nəticəsində torpaqlarda baş vermiş deqradasiyanın peyk təsvirləri əsasında ilkin qiymətləndirilməsi və xəritələşdirilməsi işləri aparılır. Deqradasiya olunmuş torpaqların bərpası üçün qrupun aidiyyəti elmi institutları tərəfindən qiymətləndirmə işləri aparılır. İşğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatı fəaliyyətinin bərpası və təşkili məqsədilə peyk təsvirləri əsasında potensial əkin sahələri müəyyən olunmuş və xəritələşdirilmişdir.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi Qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

FHN: Doqquz nəfər xilas edildi, üç nəfər yanıq xəsarəti aldı – VİDEO

Next

Bakı-Astara yolundakı məşhur restoranlar sökülür – ŞOK SƏBƏB

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv