Dünya 

Muzdlu erməni qadın snayper Livana qaytarıldı

Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryan Beyruta qaytarılıb.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan öz feysbuk hesabında məlumat verib.

“Maral Nacaryan bir neçə dəqiqə əvvəl Beyrutdakı evinə çatdı”,- deyə o qeyd edib.

Xatırladaq ki, ötən ay Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryanla görüşdüyünə dair məlumat yayılmışdı.

Daha çox xəbərlər