Ən təhlükəli peşələr hansılardır?
Amerikanın CareerCast.com saytı hər il sağlamlıq üçün ən təhlükəli peşələrin reytinqini açıqlayıb. Bu il ən stress yaradan peşə yanğınsöndürənlərin peşəsi hesab edilmişdir. Çünki yanğınsöndürənlər bütün il boyu işləyirlər, həm də onların iş şəraiti çox təhlükəli və ağırdır.
İkinci yerdə firma rəhbərləridir. Onlar şirkətin bütün problemlərinin bütün ağırlığını çiyinlərində daşıyırlar. Həm də onlar bir neçə sahə üzrə məlumatlı olmalıdırlar.
Üçüncü yerdə taksi sürücüləri gəlirlər. Bəzən bu peşə sahibləri günlərlə sükan arxasında olurlar. Onlar yol-nəqliyyat hadisələri ilə də qarşılaşırlar.Cərrahlar da bu reytinqə daxildir. Onlar pasiyentin həyatına görə böyük məsuliyyət daşıyırlar.
Xatırladaq ki, tibb bacısı peşəsi də ən təhlükəli və stressli hesab edilir. Onların 75 faizi bildirmişdir ki, müntəzəm olaraq iş yerində zorakılığa məruz qalır, xəstələr tərəfindən söyülür, hətta pasiyentlər müalicənin gedişində tibb bacılarına hücum da edirlər.

