Sosial 

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

ARANTV.AZ  Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, məktəbdə IX siniflər üçün keçirilməsi planlaşdırılan imtahanlar da ləğv olunub.

Daha çox xəbərlər