Şou biznes 

Xəyyam Mirzəzadə dəfn olundu – Fotolar

Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Xəyyam Mirzəzadə dəfn olunub.

ARANTV.AZ-ın APA-ya istinadən xəbərinə görə, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

X.Mirzəzadə dünən 83 yaşında uzun sürən xəstəlikdən vəfat edib.

Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev X.Mirzəzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib: “Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri ilə vidalaşırıq. Onun musiqisi dünyanın  bir çox ölkələrində  səslənərək rəğbət qazanıb. Heç kəs bu dünyada əbədi qalmır, illər keçir, dövr dəyişir, amma bu dünyadan köçənlər insanların yaddaşında əməlləri, yaratdığı əsərlər və xoş təəssüratları ilə qalır. Allah rəhmət eləsin”.

Bəstəkar, xalq artisti Faiq Sücəddinov  X.Mirzəzadənin vəfatının ağır bir itki olduğunu  və onun həmişə qəlblərdə yaşayacağını deyib.

Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva, Akademiyanın  prorektoru Zemfira  Qafarova mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər.

Ailəsi adından mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə vida mərasimində iştirak edənlərə təşəkkür edib.

Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Daha çox xəbərlər

2 Thoughts to “Xəyyam Mirzəzadə dəfn olundu – Fotolar”

  1. Online kurban bağışı ile evinizden çıkmadan dakikalar içinde güvenle vekalet verebilirsiniz.

Leave a Comment