69 yaşlı kişi özünü bıçaqladı – YENİLƏNİB
09:24
Qazax sakinin hansı şəraitdə bıçaq xəsarəti alması məlum olub.
ARANTV.AZ xəbər verir ki, polis əməkdaşı Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, rayon sakini, 1952-ci il təvəllüdlü Əhməd Şıxlınski özü özünə bıçaq xəsarəti yetirib.
Faktla bağlı araşdırma davam edir.
———-
08:32
Qazax sakini bıçaq xəsarəti alıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.
1952-ci il təvəllüdlü Aşıqlınski Əhməd Hətəmpaşa oğlu qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. 69 yaşlı kişi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

