Namazın hər hansı rükətində iki səcdə yerinə bir səcdə yerinə yetirmiş şəxs nə etməlidir?
Namazın hər hansı rükətində iki səcdə yerinə bir səcdə yerinə yetirmiş şəxs nə etməlidir?
Əgər insan namazın hər hansı rükətində iki əvəzinə bir səcdə etdiyini başa düşsə, namaz batil deyil. Bu səhvi düzəltməyin yolları vardır. Əgər bir səcdəni unutduğunu növbəti rükətin rükusuna getməzdən qabaq xatırlasa, gərək qayıdıb həmin bir səcdəni yerinə yetirsin və namaza davam etsin. Namazı bitirəndən sonra da gərək iki dəfə səhv səcdəsi etsin. Yəni salamlardan sonra namazı pozan əmələ yol vermədən ürəyində niyyət etsin ki, yersiz ayağa qalxdığıma (səcdəni tam etmədən ayağa qalxdığıma) görə iki səhv səcdəsi edirəm. Sonra alnını yerə qoyub zikr desin. İstənilən zikri söyləyə bilər, amma “Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” söyləsə, daha yaxşıdır.
Əgər o biri rükətin rükusunda və ya rükudan sonra yadına düşsə ki, bir səcdəni etməyib, gərək namazı sona çatdırsın. Salamları verdikdən sonra namazı pozan əmələ yol vermədən alnını yerə qoyub həmin səcdəni qəza etsin, yəni bir dəfə səcdə etsin.

