Sosial 

Bank sektorunda mobil xidmətlərin zəif olması nə ilə bağlıdır? – AÇIQLAMA

Mobil xidmətlərin bank sektorunda zəif olduğunu deməzdim, sadəcə bu hər bir bankın öz daxili proqram təminatı ilə əlaqədar ola bilər.

ARANTV.AZ  xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov vətəndaşın mobil xidmətlərin bank sektorunda zəif olması, axtarış və sorğuların çox gec cavablandırılması ilə bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, burada vahid sistem yoxdur:

“Hər bir bank ayrılıqda özü üçün proqram təminatı hazırlayır. Bankların ümumiləşdirilmiş sistemi olmur, bu ayrı-ayrılıqda hazırlanır. Bu eyni zamanda bank mobil tətbiqlərinə də aiddir. Bir neçə ildir banklar innovativ işlər görür.

Bu kimi məqamlar hər hansı texniki problemlə bağlı ola bilər. Ümumilikdə hər bir bank istəyər ki, mobil tətbiqləri problemsiz işləsin və müştərilərinin müraciətləri qısa zamanda cavablandırılsın”.

Daha çox xəbərlər