Banqladeşdə koronavirus xəstəxanasında yanğın olub: ölənlər var
Banqladeşin paytaxtı Dəkkədə koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 3 nəfər həlak olub.
Qeyd olunur ki, yanğın xəstəxananın reanimasiya şöbəsindıə yüksək təzyiqli oksigen balonunun partlaması nəticəsində baş verib.
Reanimasiyada ümumilikdə 14 xəstə olub. Xəstələr digər şöbədən təxliyə olunarkən 3 nəfər həyatını itirib.

