Əfv komissiyasının sonuncu iclası başa çatdı
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bugünkü iclasda əfvlə bağlı100-dən çox müraciətə baxılıb.
Komissiyanın 10 iclası keçirilib və ümumilikdə 1000-dən çox müraciətə baxılıb. Siyahının dövlət başçısına göndərilməsi nəzərdə tutulur.
Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

